COP29 konfransında Zəngəzur dəhlizi və mikromobillik məsələləri müzakirə edildi – VİDEO

“COP29-un nəticəsi olaraq, Zəngəzur dəhlizinin açılması və digər mühüm nailiyyətlər əldə ediləcək”.

Bunu Yenicag.az-a videomüsahibəsində COP29-da iştirak edən nəqliyyat eksperti Elməddin Muradlı deyib.

Mütəxəssis Zəngəzur dəhlizinin açılmasının nəqliyyat-kommunikasiya məsələlərindəki inkişafından söz açıb:

“COP29 konfransının sonlarına yaxınlaşdıqca, gündəlikdə olan vacib məsələlərdən biri yeni nəqliyyat dəhlizlərinin yaradılması oldu. Bugünkü müzakirələrdə, xüsusən dəmiryolu ilə yeni dəhlizlərin və Zəngəzur dəhlizinin açılması müzakirə olundu. Ümid edirik ki, COP29-un nəticəsi olaraq, Zəngəzur dəhlizinin açılması və digər mühüm nailiyyətlər əldə ediləcək”.

“Bundan sonra şəhər nəqliyyatı və mikromobillik məsələləri müzakirə olundu. Şəhərlərdə daha çox piyada hərəkətini təşviq etmək və avtomobillərin sayını azaltmaq məqsədilə yeni yolların yaradılması, eləcə də qısa məsafələri taksi, avtomobil və yaxud da avtobusla yox piyada hərəkət etməyə vərdiş etsinlər. Bu təşəbbüslər həm sağlamlıq, həm də ətraf mühitin qorunması baxımından çox vacibdir. Bu müzakirələr gələcəkdə daha yaşıl, davamlı və ekoloji cəhətdən təmiz nəqliyyat sistemlərinin yaradılmasına təkan verəcək. Gələcəyə doğru müsbət yeniliklərə şahid olacağımıza ümid edirik”, – deyə o bildirib.

Məsimə Məmmədova

Samir Məcidov

COP29