COP29-la bağlı saxta xəbərlər yayan 15 resurs bağlanıldı

“COP29-la bağlı saxta xəbərlər, dezinformasiyalar yayılır”.

Yenicag.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev deyib.

İ.Musayev bildirib ki, bu xəbərlərdə guya COP29-la bağlı iş yerlərinin açılması, yaxud hansısa maliyyə dəstəyinin göstəriləcəyi kimi feyk məlumatlar olur:

“Bu məlumatları daim analiz edirik. Onların yerləşdirildiyi resursların bloklanması üzrə işlər gedir. Son iki ayda biz tərəfdən həmin dezinformasiya yayan 15 resurs bağlanılıb”.

İlqar Musayev onu da əlavə edib ki, dövlət qurumlarında kibertəhlükəsizliklə bağlı kadr çatışmazlığı var. Azərbaycanda kibertəhlükəsizlik sahəsində mütəxəssislərə çox böyük ehtiyac var.

“Xidmət olaraq bizim dövlət orqanlarında kibertəhlükəsizliklə bağlı müəyyən tələblərimiz var. Amma bu tələblərin yerinə yetirilməsi üçün həmin qurumlarda kadr çatışmazlığı yaşanır. O kadr çatışmazlığını aradan qaldırmaq üçün bütün dövlət orqanları səy göstəriməlidir ki, bu sahəni ölkədə qaldıraq”, – deyə İ.Musayev bildirib.

COP29