COP29 prezidenti Baydenin baş müşaviri ilə görüşdü

COP29 prezidenti Muxtar Babayev ABŞ Prezidentinin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta ilə görüşüb.

Yenicag.az xəbər verir ki, bu barədə COP29-un “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

“Muxtar Babayev “Helen” və “Milton” qasırğalarının nəticələri ilə əlaqədar baş müşavirə başsağlığı verib. Hər iki tərəf COP29-un uğurla həyata keçirilməsinə sadiq olduqlarını bir daha təsdiq ediblər”, – paylaşımda bildirilib.

COP29