“COP29 tədbiri BMT-nin keçirdiyi ən böyük qlobal tədbirdir. İqlim dəyişikliyi üzrə Cenevrə Konvensiyasına 196 ölkə daxildir. Bu ölkələrin çoxu Azərbaycana öz nümayəndə heyətini göndərək konfransda iştirak edirlər”.
Bu sözləri COP29-un Azərbaycanda turizm sektoruna mümkün təsirlərindən danışan turizm üzrə ekspert Cabir Dövlətzadə Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, COP29 Azərbaycanda turizm sektoruna böyük təsir edəcək:
“Çünki buraya üzv olan ölkələrin çox böyük hissəsi bu konfransda iştirak edir. Təbii ki, bu müddətdə onlar Azərbaycanın turizm mərkəzləri ilə tanış olub, buna daha maraq göstərirlər. Dünyanın müxtəlif ölkələrindən gələn yüksək səviyyəli qonaqlar bütün dünyada Azərbaycanın tanıtımçısı olacaq. Bu da, öz növbəsində, dünyanın müxtəlif ölkələrindən Azərbaycana gələnlərin sayının artırmağa xidmət edir.
Xaricdən gələn qonaqlarımız üçün Azərbaycan çox mühüm addımlar atıb. Belə ki, şəhərdaxili tıxac minimum dərəcəyə endirilib, avtobus xidmətləri təmannasız xidmət edərək qonaqlara xoş təəssürat bəxş edir. Təbii ki, bu qonaqlar öz ölkələrinə qayıtdıqdan sonra bu xoş təəssüratları bölüşərək Azərbaycanın müsbət təbliğatını aparacaqlar”.
Mayıl Soltanov