ABŞ-ın 41-ci prezidenti Corc Buş Texasda, Kollec-Steyşen şəhər universitetinin onun adını daşıyan prezident kitabxanasının ərazisində dəfn ediləcək.
Yenicag.az xəbər verir ki, bu barədə universitetin saytında məlumat verilib.
Məlumata əsaən, sabiq dövlət başçısı ailə üzvlərinin – 7 ay əvvəl vəfat etmiş xanımı Barbaranın və 1953-cü ildə 3 yaşında dünyasını dəyişmiş qızı Robinin məzarlarının yanında torpağa tapşırılacaq.
Dəfn mərasimi ictimaiyyətə qapalı olacaq. Universitetə giriş-çıxış bağlanılacaq. Yalnız universitetin tələbələri və müəllimlər dəni izləyə biləcək.
Xatırladaq ki, keçmiş dövlət başçısı Corc Buş cümə günü Hyustonnda, 95 yaşında vəfat edib.