Corc Floydu öldürən polis növbəti dəfə məhkəmə qarşısına çıxıb.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, afroamerikalının ölümünə səbəb olan və işdən çıxarılan polis – Derek Çavin videoformatda məhkəmə qarşısına çıxıb. 11 dəqiqə çəkən görüşdə polis əməkdaşı heç bir açıqlama verməyib.
Polis əməkdaşına qarşı ikinci dərəcəli qətl – ilkin niyyətsiz qəsdlə törədilmiş qətl maddəsi üzrə ittiham irəli sürülüb və 1 milyon 250 min dollar təzminat ödəyəcəyi müəyyən edilib.
Növbəti məhkəmə 29 iyun tarixində keçiriləcəyi və Derekin 40 il müddətində azadlıqdan məhrum ediləcəyi gözlənilir.
Ona kömək edən 3 polis əməkdaşı isə qətlə köməkçilikdə və təhrikçilikdə ittiham edilir.
Xatırladaq ki, mayın 25-də ABŞ-ın Minneapolis şəhərində Corc Floydu saxta əskinaslarla ödəniş etməsi şübhəsi ilə saxlayan ağdərili polis afroamerikalının qoluna qandal vuraraq onu yerə yıxıb və dizi ilə boynunu sıxıb. Nəticədə Floyd boğularaq ölüb.
Rufina Ali