!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Corc Kluni: "Ata olduğuma inanmıram"- FOTOLAR

!Reklam – Yazi

Bu zamana qədər övladları haqqında bir kəlimə belə danışmaqdan imtina edən məşhur aktyor Corc Kluni nəhayətki susqunluğunu pozmaq qərarına gəlib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, 56 yaşlı aktyor vəkil xanımı Amal Kluni ilə əkiz övladlarının həm xarici görünüşünə görə, həm də xasiyyətcə bir-birlərinə heç bənzəmədiklərini bildirib.

Kluni qeyd edib ki, qızı Ella və oğlu Aleksandr cəmi 12 həftə əvvəl dünyaya gəlmələrinə baxmayaraq, artıq öz fərqliliklərini çox aydın şəkildə göstərməyə başlayıblar:

“Aleksandr möhkəm uşaqdı və balaca quldurdu. Onu asanlıqla Hollivuddakı məkanlardan birində cangüdən rolunda təsəvvür etmək olur. Aleksandrın güclü iştahası var və o artıq oturmağı öyrənib. Ella isə zəriflik nümunəsidir. Onun böyük gözləri var. Şükür Allaha ki, o Amala oxşayıb”.

Aktyor övladlarına niyə məhz bu adları verdiklərini də izah edib. Bir çoxları Kluninin övladlarını Böyük Aleksandr və caz ifaçısı Ella Fitzgeraldın şərəfinə adlandırdığını düşünürdü. Həqiqət isə tam fərqliymiş. “Əslində, Amalla yaxşı başa düşürük ki, bizə görə övladlarımız mətbuatın diqqət mərkəzində olacaq, onların hər addımı izləniləcək. Odur ki, qərara gəldik ki, uşaqların üzərində daha artıq diqqəti cəlb etməyək və heç olmasa, onlara normal, adi adlar verək”.

Aktyor həyatdakı yeni roluna yeni-yeni öyrəşməyə başladığını da qeyd edib. “Nədənsə övladlarımı ilk gördüyüm ana qədər ata olacağıma inanmağım gəlmirdi. Bunu dərk etmək mənim üçün çətin idi. Necə olur axı, Amalla ailəmiz cəmi 2 nəfərdən ibarət idi, indi isə qəfildən biz 4 nəfər olduq”, -deyə o etiraf edib.

www.yenicag.az

3463
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv