!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çörək bahalaşdı yoxsa bahalaşacaq?

!Reklam – Yazi

79970180Vahid Məhərrəmov: “Hökumət yaranmış vəziyyətdə Taxıl Fondunda olan ehtiyatdan istifadə edib bazara intervensiya etməsə çörək və un məmulatlarının qiymətinin artımı qaçılmazdır”

Xəbər verildiyi kimi manatın dollara nisbətən 48 faiz civarında dəyər itirməsi ilə bir sıra məhsullar üzrə qiymətlər qalxıb. Mətbuatın yazdığına görə, manatın dollara nisbətən məzənnəsinin 1.55 səviyyəsinə düşməsilə xaricdən gətirilən 50 kq kisə unun qiyməti 19 manatdan 24 manat 50 qəpiyə, hətta bəzi yerlərdə 29 manatadək qalxıb. Bu isə un kisəsinin qiymətinin 25-50 faizə qədər bahalaşması deməkdir. Görəsən, belə bir bahalaşma çörəyin də qiymətində anoloji hadisənin baş verməsinə gətirib çıxara bilərmi?

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov Yenicag.az-a açıqlamasında hökumətin müəyyən addımlar atmaması fonunda un kisəsinin bahalaşmasının ardınca çörəyin də qiymətində artımların olacağını qaçılmaz hesab etdi: “Bir sıra yerlərdə unun qiymətinin qalxması ilə çörəyin də qiyməti bahalaşıb. Əslində unun qiymətinin 50 faizə qədər qalxması öz növbəsində çörək və un məmulatlarının qiymət artımına da gətirib çıxaracaq. Hökumət yaranmış vəziyyətdə Taxıl Fondunda olan ehtiyatdan istifadə edib bazara intervensiya etməsə çörək və un məmulatlarının qiymətinin artımı qaçılmazdır. Hökumət yenə də prosesin qarşısını inzibati qayda ilə almağa çalışsa isə, bu yaxşı nəticə verməyəcək. Hazırda elə yerlər var ki, orada çörəyin qiymətini 20 faizə qədər qaldırıblar. Həmçinin çörəyin çəkisilə bağlı manipulyasiyaya da daha çox yol verilir. Ona görə də çörəyin qiyməti bahalaşdığı təqdirdə, bunun nə qədər ola biləcəyini birmənalı söyləmək çətindir. Hər halda qiymət artımı 20 faizdən az olmayacaq”.

ELÇİN

www.yenicag.az

1063
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv