Çörək bişirirdilər, partlayış baş verdi

Tovuzda gəlin və qayınanası naməlum cismin partlaması nəticəsində xəsarət alıb.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Əlibəyli kəndində qeydə alınıb.

İlkin məlumata görə, hər iki şəxs yaşadığı evdə ocaqda çörək bişirən zaman naməlum əşya partlayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.