Çörəyin qiyməti bahalaşdı

Azərbaycanda bu gündən çörəyin qiymətində bahalaşma müşahidə olunur.

Yenicag.az Oxu.az-a istinadən xəbər verir ki, bu, konkret olaraq iki firmanın məhsullarında özünü göstərib: “Çörəkçi” və “Nömrə 1”.

Qiymət artımı çörək növlərindən asılı olaraq, 5-10 qəpik civarındadır.

Qeyd edək ki, sosial şəbəkələrdə də çörəyin qiymətindəki artım müzakirə mövzusuna çevrilib.