“COVAX” mexanizminə 184 ölkə qoşuldu

Bütün ölkələri ədalətli əsasda koronavirus peyvəndləri ilə təmin etməyi hədəfləyən beynəlxalq “COVAX” mexanizminə artıq 184 ölkə qoşulub.

Yenicag.az xəbər verir ki, bunu Cenevrədə keçirilən brifinq zamanı Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

A.Qebreyesus bildirib ki, bu mexanizmdə iştirakını təsdiqləyən son iki ölkə Ekvador və Uruqvay olub.