Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Çovdarov əsəbiləşdi: "Qələt edir, onun pulunu görməmişəm"

Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə baş tutan proses Sabunçu rayon Məhkəməsinin inzibati binasında keçirilib.

Məhkəmədə baş verənlər haqqında Çovdarovun vəkili Kamandar Nəsibov məlumat verib.

Prosesdə zərərçəkən şəxs qismində İlqar Aşurbəyovun və “Moda” dükanın sahibi Əbil Vəzirovun epizodu üzrə Çovdarov ifadələr verilib.

Xatırladaq ki, ittihama görə İlqar Aşurbəyov özü uzun müddət MTn-də işləyib. İşdən çıxandan sonra Çovdarov ondan 300 min manat tələb edib və ailəsi ilə hədələyib. Aşurbəyov həmin pulu Çovdarova verib.

Abil Vəzirovun epizodu üzrə isə ittihama əsasən, Çovdarov ondan 200 min manat tələb edib və 80 min manat pul alınıb.

Kamandar Nəsibov prosesdən sonra qeyd edib ki, məhkəmədə İlqar Aşurbəyovun epizodu üzrə keçmiş MTN əməkdaşları ifadə veriblər. Onlar Aşurbəyovun Çovdarova pul verdiyini təsdiq etməyiblər və xatırlamadıqlarını deyiblər.

Vəkil qeyd edib ki, Aşurbəyov prosesdə “mən o vaxt oruc idim, yalan deyə bilməzdim” deyib: “Biz baxdıq ki, o, dindirilən zaman may ayı olub. Həmin il də orucluq iyunda girib”.

Daha sonra prosesdə Çovdarov bu epizod üzrə çıxış edib. Çovdarov Aşurbəyovdan pul almadığını deyib: “Qələt edir, mən pul görməmişəm, bu adamla görüşməmişəm”.

A.Çovdarovun köməkçisi Rövşən Ədilov şahid qismində dindirilib. O deyib ki, istintaqda dindirilən zaman ona hədə-qorxu gələrək pul tələb ediblər: “İfadəmi zorla imzalatdırdılar. Canım qurtarsın deyə imzalayıb çıxmışam. Aşurbəyov da mən dindiriləndə yanımda oturmuşdu. Onunla söyüşdük, dalaşdıq. Orda məndən pul tələb elədilər. Pul vermədiyimi demirəm, amma bu barədə danışmaq istəmirəm. Dedilər, səni tutduracağıq”.

Əbil Vəzirovun epizodu üzrə danışan Çovdarov deyib ki, həmin epizod quramadır: “2009-cu il oktyabrın 15-i axşam Xayt Mixayıl (Mişa) saxlanılıb, səhəri gün də prokurorluğa təhvil verilib. Həmin cinayət işini prokurorluq aparıb. Əbil Vəzirovun da işi prokurorluqdaydı. Onun cinayət işinə də onlar xitam verib. O adamdan pul alıblarsa, prokurorluqda alıblar. O iş əlimdə cəmi 2 saat olub. Mən pulu da götürüb, adamı istintaqa cəlb edərdim? Məntiqsizdir. Bu işlə bağlı bütün əməliyyatlar prokurorluğun tapşırığına əsasən olub”.

Məhkəmə iyulun 5-də davam edəcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər – Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz
azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədrov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

Yenicag.az

www.yenicag.az

331
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM