Covid-19 beyinə təsir edə bilər? – ARAŞDIRMA

ABŞ-da aparılan araşdırmaya görə, koronavirusun beyinə girə biləcəyi açıqlanıb.  

Yenicag.az xəbər verir ki, dünyanın əhəmiyyətli nevrologiya jurnallarından biri olan “Nature Neuroscience”də dərc olunan məqaləyə görə, siçanlardakı təcrübədə Covid-19-un qırmızı qolları kimi göstərilən sünbül zülalının siçanın qan beyin baryerini keçdiyi açıqlanıb.

Vaşiqton Universiteti Tibb Fakültəsinin professoru Uillam A. Banks, mövzu ilə əlaqədar, “Siçan təcrübəsindən sonra virusun insan beyninə girə biləcəyini görürük. Koronavirus nəfəs almaqda çətinlik yaradır, bunun səbəbinin ağciyər infeksiyası olduğunu bilirik, amma başqa bir səbəb olaraq virusun beynin tənəffüs mərkəzlərinə girdiyini və orada problem yaratdığını gördük” , – deyə bildirib. /unikalorg/

Loading...