!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

COVID-19 bunu da etdirdi: Yerdə qadağan olduğu üçün göydə toy etdilər - FOTO

!Reklam – Yazi

Bütün dünyanı təsiri altına alan yeni növ koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə ölkələrdə müxtəlif qadağalar tətbiq edilir. Bu qadağalardan ən çox yayğın olanı isə insanların bir araya toplaşa biləcəyi kütləvi tədbirlərin keçirilməsinə qoyulan yasaqdır.

Yenicag.az xəbər verir ki, toy mərasiminin keçirilməsində qonaq sayına qoyulan məhdudiyyət Hindistanda insanları alternativ yollar axtarmağa vadar edib.

Belə ki, Tamil Nadu əyalətində yaşayan cütlük COVID-19-la bağlı qadağalardan yayınmaq üçün toylarını təyyarədə keçiriblər.

Madurai-Banqalore şəhərinə uçan təyyarəni kirayələyən cütlük mərasimə 161 qonaq dəvət edib.

İki saat çəkən uçuşda sosial məsafə qaydalarına, həmçinin maska taxma məcburiyyətinə də əməl edilməyib.

www.yenicag.az

520
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv