“COVID-19 əleyhinə laboratoriya sınaqlarından keçən 11 vaksin olsa da…” – Professordan “Tək çarə” AÇIQLAMASI

“Vaksindən sonra insanların qanında meydana gələn antitellərin nə qədər yaşayacağı məlum deyil”.

Yenicag.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev deyib.

Adil Allahverdiyevə görə, mövcud şəraitdə virusdan qorunmağın tək yolu tibbi maska, sosial məsafə və gigiyenik qaydalara riayət etməkdir:

“Virusu öldürmək üçün mütləq hüceyrəmizi də məhv etməliyik. Dəfələrlə vaksinlə bağlı açıqlamalar verilir, amma nəticə yoxdur.

Hazırda dünya ölkələrinin laboratoriyalarında sınaqdan keçən 11 vaksin var. Amma onlardan dövriyyəyə buraxılanı yoxdur. Onların nə dərəcədə effektli olacağı da bəlli deyil.

Vaksindən sonra insanların qanında meydana gələn antitellərin nə qədər yaşayacağı da bilinmir. Bu baxımdan, vaksinə arxayınlaşarıqsa, vəziyyət daha da pisləşə bilər”.

Gülşən Şərif