!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

COVID-19 əleyhinə vaksinin əlavə təsirləri AÇIQLANDI

!Reklam – Yazi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirus əleyhinə vaksinin mümkün əlavə təsirlərini açıqlayıb.

Yenicag.az xəbər verir ki, qurumdan bildirilib ki, baş ağrısı, əzələ ağrısı, qızdırma və s. kimi əlamətlər əks təsir deyil, əksinə gözlənilən nəticədir və tibbi cəhətdən bədənin peyvəndə reaksiya verməsinin göstəricisidir.

“Peyvənd istehsal edən şirkət tərəfindən yalnız vaksinin elementlərinə qarşı həssaslığı olan, aşı vurulan zaman yüksək bədən hərarəti və ya xroniki xəstəliyin kəskinləşməsi mərhələsində olan insanlara vurulması tövsiyə edilmir”, – TƏBİB-dən bildirilib.

Qeyd edək ki, Azərbaycanda yanvarın 18-dən etibarən COVID-19 əleyhinə vaksinasiya prosesinə başlanılıb. Fevralın 8-dən isə 65 yaşdan yuxarı şəxslərin və bəzi dövlət qurumlarında çalışanların peyvəndlənməsi aparılır.

Fevralın 2-dən isə vaksinasiyanın 2-ci mərhələsinə start verilib. Peyvəndləmə könüllü və dövlət hesabına həyata keçirilir.

www.yenicag.az

753
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv