Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

COVID-19 insan orqanizmində 10 gün yaşayır?

“COVID-19-un insan bədənində neçə gün yaşadığına dair dəqiq məlumat vermək çətindir”.

Yenicag.az xəbər verir ki, bunu AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Ələmdar Məmmədov ATV telekanalında yayımlanan “ATV Qərargah” verilişində çıxışı zamanı deyib.

O bildirib ki, birmənalı şəkildə deyə bilmərik ki, bu virus insan bədənində 10-15 gün yaşayıb məhv olur:

“Virus insan bədəninə düşdüyü və yoluxdurduğu gündən, orqanizm buna qarşı mübarizə aparır. Bu mübarizədə əsas şərt immun sistemidir. İmmun sistemində alfa, beta, qamma immunoqlobulinlər sintez olunur. Virusla əsas mübarizə funksiyası isə qamma immunoqlobulinlərin üzərinə düşür.

Orqanizmdə ilk olaraq COVID-19 infeksiyası ilə mübarizədə qamma immunoqlobulin sintez olunur. Bu immunoqlobulin virusun yox olmasını sürətləndirir. Digər tərəfdən, orqanizmdə zülallar virusun genomunu parçalayır.

Belə olan halda, virus gücünü itirir və orqanizmdə parçalanaraq, digər orqanlara yayıla bilmir. Bu proses immun sistemi güclü olan, sağlam orqanizmə sahib insanlarda özünü göstərir və onlar virusa qalib gəlir”./Unikal.org/

www.yenicag.az

345
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100