!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

COVID-19 pasportu olmayan 58 nəfər toya buraxılmadı

!Reklam – Yazi

Avqustun 20-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 8 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, monitorinq 6 şadlıq sarayında, 2 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 58 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

www.yenicag.az

528
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv