Belçikada 16 oktyabr 2020-ci ildən qapalı olan restoran, kafe və barların yenidən fəaliyyətə başlaması coşquyla qarşılanıb.
Yenicag.az xəbər verir ki, paytaxt Brüsseldə havanın soyuq olmasına rəğmən, insanlar yalnız açıq havada fəaliyyət göstərmələrinə icazə verilən kafe və barlara axın ediblər.
Bundan əlavə, insanlar meydanlara axışaraq qadağaların ləğv edilməsini kütləvi şəkildə qeyd ediblər.