“COVİD-19”-un daha bir simptomu müəyyən edildi

Koronavirusun daha bir simptomu müəyyən edilib.

Yenicag.az xəbər verir ki, Uhan şəhərindəki üç xəstəxanada araşdırma aparılıb.

18 fevraldan 8 martadək 204 xəstədə aparılan araşdırma nəticəsində məlum olub ki, müşahidə olunan daha bir simptomlardan biri də həzm prosesinin pozulmasıdır.

Koronavirusa yoluxanların yarıdan çoxu ilk növbədə həzm problemlərindən – diareya və anoreksiyadan (iştahanın kəsilməsi) şikayət edirdilər. Digər simptomlar sırasında ürəkbulanma, qusma və qarın ağrılarını qeyd etmək olar.

Qeyd edilib ki, həzm prosesi ilə bağlı simptomlardan şikayət edən insanlarda koronavirus daha gec müəyyən edilir, onların müalicə müddətləri də  uzun və daha ağır keçir.