COVID-19 vaksinlərini yaradanlar mükafatlandırıldı

Tibb üzrə Nobel mükafatı laureatları bəlli olub.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Nobel Komitəsi məlumat yayıb.

Mükafatlar macar Katalin Kariko və amerikalı Dryu Veysmana verilib. Alimlər ribonuklein turşusunun (RNT) tədqiqinə və bu biliklərə əsaslanaraq COVID-19 vaksinlərinin yaradılmasına görə mükafatlandırılıblar.