COVID-19 xəstəsi palata yoldaşını öldürdü – Çox dua etdiyi üçün / VİDEO

Koronavirus xəstələrinin saxlandığı xəstəxana palatasında kuryoz olay baş verib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatında yerləşən Lankaster şəhərindəki “Antelope Valley” xəstəxanasında müalicə olunan koronavirus xəstəsi “çox dua etdiyi üçün” palata yoldaşını oksigen balonu ilə qətlə yetirib.

Məlumata görə, cinayəti törədən 37 yaşlı Cess Martoines 82 yaşlı palata yoldaşını qətlə yetirməsini onun davamlı dualarından bezməsi və əsəblərinə hakim ola bilməməsi ilə əlaqələndirib.