COVID sertifikatlarının tanınması ilə bağlı QƏRAR

Nazirlər Kabineti COVID sertifikatlarının tanınması ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında Qərar qəbul edib.

Yenicag.az xəbər verir ki, sözügedən Qərara əsasən COVID Sertifikatı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən formalaşdırılır və şəxsin müraciəti əsasında E-TƏBİB və ya Elektron Hökumət İnformasiya Sisteminin MyGov platforması (bundan sonra – Portal) üzərindən əldə olunur. COVID Sertifikatı müraciət edən şəxs barəsində Portala daxil edilmiş və ya avtomatik şəkildə generasiya olunan fərdi və COVID-19 xəstəliyi ilə bağlı şəxsin sağlamlığının vəziyyəti barədə məlumatlar əsasında formalaşdırılır.

COVID sertifikatlarının etibarlılıq müddəti aşağıdakı kimidir: