Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Çox antibiotik qəbul edən insanda nə baş verir – Dəhşətli faktlar

Hazırda elə bir insan yoxdur ki, il ərzində müxtəlif infeksiya və xəstəliklər zamanı antibiotik qəbul etməsin. Çox xəstəliklərdə həm insan, həm həkimlər uzun sağalma dövrünü gözləməyərək, antibiotiklə qısa müddətdə effekt almaq yolunu seçirlər.

Yenicag.az xəbər verir ki, Karolina Universitetinin alimləri antibiotik qəbul edən insanlarda (söhbət il ərzində bir neçə kurs antibiotik qrupundan dərman qəbul edənlərdən gedir) hansı fəsadların ola biləcəyini araşdıraraq elmi tədqiqat aparıblar.

Antibiotiklər zamanla orqanizmdə fəsadlar yaradır, onlardan biri də sümük strukturunun dağılmasıdır.

Müntəzəm olaraq antibiotik qəbul edənlərdə bağırsaq pozulur, nəticədə daha çox osteoklastlar toplanır ki, onlar da sümüklərin kövrəkləşməsinə və dağılmasına səbəb olur.

Alimlər hesab edir ki, dünya ölkələrində səhiyyə mütəxəssisləri antibiotik təyin etdikləri xəstələrdə bu dərmanların yarada biləcəyi fəsadlara qarşı tədbirlər görməlidir.

www.yenicag.az

3619