!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çox dil bilənlərin özünəməxsus RÖYALARI: "Xarici" yuxular görməyin səbəbi şüuraltıdır, yoxsa... – ARAŞDIRMA

!Reklam – Yazi

Çox dil bilən insanlar fərqli dillərdə yuxu gördüklərini deyirlər. Hətta işarə dili ilə danışa bilən insanlar yuxuda da bunu etdiklərini iddia edir. Ümumiyyətlə, yuxular şüuraltı ilə çox əlaqəlidir. Həyatımızda baş verən bir çox proses yuxu sisteminə əks olunur.

Bəs, başqa dillərdə yuxu görmək prosesi necə baş verir?

Yenicag.az xəbər verir ki, öz ana dilindən başqa dillərdə danışan insanlar adətən onları qarışdırır. Gün ərzində müxtəlif dillərdə ünsiyyət qurduqları üçün yuxunu da o dillərdə görməyə başlayırlar.

Bundan əlavə, çox az qisim olsa da, bəzi insanlar həyatı boyu eşitmədiyi dili yuxuda görə bilər. Bu, əslində, düzgün deyil. Biz o dili hansısa kanalda, küçədə, radioda, jurnalda eşidirik və ya görürük, amma yadımızdan çıxır. Lakin biz unutsaq belə, şüuraltımız onu unutmur.

Dünya tədqiqatçıları bildirib ki, bir dili öyrənərkən gecə o dildə videolara baxsaq, kinoları izləsək, beyin avtomatik, çox sürətlə həmin dili qavrayacaq. Həmçinin araşdırmalar onu göstərir ki, 1-3 yaşlı uşaqlar hələ səlist danışa bilmədiyi üçün yuxuları da o formada görürlər. Yəni yuxu görərkən qırıq-qırıq sözlər, yarımçıq cümlələr və s. eşidirlər.

Şahanə Paşa

www.yenicag.az

322
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv