Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

"Kontakt Home” müştəriləri necə aldadır? - VİDEO

“Kontakt Home” mağazalar şəbəkəsindən çoxsaylı şikayətlər var.

Yenicag.az xəbər verir ki, bəhs edilən şirkətlə bağlı müştəri məmnuniyyətinə rast gəlmək bomboz səhrada su tapmaq qədər müşkül məsələdir.

Səbəb isə çox sadədir. Müxtəlif, aldadıcı reklamlarla müştəriləri özünə cəlb edən şirkət məhsulu müştəriyə satdıqdan sonra məsuliyyətdən boyun qaçırır. Məhsul xarab olduqda “Kontakt Home” tərəfindən verilən qızıl zəmanət də heç bir işə yaramır.

Məsələn, müştərilərdən İlkin Xanov da eyni problemlə üzləşib. Belə ki, o, sözügedən mağazalar şəbəkəsindən “HTC 620 SERİES” markalı mobil telefon alıb. Bir müddət sonra telefonu xarab olduğu üçün müştəri “Kontakt Home”un servisinə müraciət edib. Qızıl zəmanəti olmasına baxmayaraq, 5-6 aydır ki, müştərinin telefonu servisdə “yatır”. Krediti tam ödəyən müştəriyə isə sonda “bunun zəmanət vaxtı bitib” deyiblər.

Aqil Behmudov adlı müştəriyə isə telefonunda yaranmış problemə görə “bizlik deyil” cavabını veriblər. “Kontakt Home” müştərini razı salmaq əvəzinə ona “get, hara istəyirsən şikayət elə” deyilib. Bu isə sözügedən şirkətin müştəriyə laqeyd münasibətinin bariz nümunəsidir.

Rövşən adlı müştəri isə “Hoffman” markalı telefon alıb və hər ay qızıl zəmanət üçün 5 manat ödəniş edib. 300 manatlıq məhsulu kreditlə müştəriyə 500 manata satan “Kontakt Home” müştərinin telefonunda yaranan problemi aradan qaldırmayıb. Beləliklə müştəri bir daha sözügedən mağazalar şəbəkəsinə üz tutmayacağına əmin olub.

Qeyd edək ki, “Kontakt Home” barəsində istər sosial şəbəkələrdə, istərsə də dövrü mətbuatda kifayət qədər şikayətə rast gəlmək mümkündür. Hər keçən gün artan şikayətlərdən ölçü götürməyən şirkət ictimaiyyət arasında “maşennik” kimi tanınır. Bunu biz yox, “Kontakt Home”dan məhsul alan müştərilər deyir.

Emin Səfərov

www.yenicag.az

2903
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM