Çoxmərtəbəli binada yanğın baş verdi

Bakıda yaşayış binasında yanğın olub.

Bu barədə Yenicag.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Yasamal rayonunda doqquzmərtəbəli yaşayış binasının zirzəmisinə yığılan və istifadə olunmayan əşyalar 3 m² sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.

Zirzəmi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.