Çoxmərtəbəli binanın mağazasında yanğın

Bakıda çoxmərtəbəli binanın mağazası yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən mağazanın tavan hissəsində 1 p.m elektrik naqilləri yanıb.

Mağaza yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​