“Crocus City Hall”da baş verən terror aktı: Bu mesaj kimlər tərəfindən verildi? – İngiltərəli siyasi ekspert AÇIQLADI

“Rusiya ekspansionizmi bu terror aktına qismən bəraət qazandırır, amma yeganə səbəb deyil”.

Bu sözləri Yenicag.az-la söhbətində ingiltərəli siyasi ekspert Neil Uotson söyləyib.

Analitik Rusiyada “Crocus City Hall”da baş verən terror aktından sonra Rusiya İstintaq Komitəsindən verilən açıqlamaya münasibət bildirib.

Xatırladaq ki, sözügedən açıqlamada hadisənin Ukrayna tərəfindən törədilməsi ilə bağlı detalların üzə çıxdığı qeyd olunmuşdu. Bir sıra analitiklər isə iddia ediblər ki, Kreml məhz bu terror aktını Ukraynada apardığı “xüsusi hərbi əməliyyatlar”ı genişləndirmək üçün həyata keçirib.

Məsələyə münasibət bildirən N. Uotsonun fikrincə isə terror aktını törədən və İran tərəfindən maliyyələşən İŞİD bu gün HƏMAS və İsrail arasında davam edən münaqişədən narahatdır:

“Maraqlıdır ki, cinayəti törədənlər Tacikistan vətəndaşları olub. Tarixən işğal və ya ekspansionist cəhdlərdən əziyyət çəkən keçmiş sovet respublikaları olan Mərkəzi Asiya dövlətləri, Moldova və Gürcüstan Rusiyanın Ukraynadakı bəzi məqsədlərinə çatacağı təqdirdə, mümkün Rusiya təhlükəsindən narahatdırlar. Ancaq bu hücumun kökündə birbaşa onların dayandığına, açığı, inanmıram”.
Siyasi təhlilçi əmin edib ki, bu ölkələrin Rusiyada terror aktı törətmək üçün hər hansısa bir siyasi marağı yoxdur:

“Çünki onlar üçün Rusiyanın Ukraynada apardığı hərbi kampaniyaya hansısa bir müdaxilə etmək məntiqli görünmür. Fikrimcə, Rusiyada baş verən hadisələr Kreml üçün bir mesajdır, lakin bu mesajın kimlər tərəfindən verildiyi, nəticədə Rusiyanın Ukrayna ilə bağlı siyasətində hansı dəyişikliklərə gedəcəyi sual altındadır”.

Rafi Müslümov

COP29