Mart ayında Moskva yaxınlığındakı “Crocus City Hall”da baş vermiş terror aktına bənzər terror aktı ABŞ-də baş verə bilər.
Yenicag.az xəbər verir ki, bu barədə ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kristofer Rey xəbərdarlıq edib.
O, Senatın Təxsisatlar Komitəsində dinləmələr zamanı bildirib ki, son vaxtlar bir neçə terror təşkilatı amerikalılara və onların müttəfiqlərinə qarşı hücumlara çağırıb: “Əsas narahatlığımız odur ki, ayrı-ayrı şəxslər və ya kiçik qruplar Yaxın Şərqdəki hadisələrdən ilhamlanaraq burada hücumlar həyata keçirəcəklər. Amma indi bununla yanaşı, mart ayında Rusiyanın “Crocus City Hall” konsert zalında baş vermiş hücuma bənzər mümkün koordinasiyalı hücumla bağlı narahatlıq artır”.
Xatırladaq ki, martın 22-də silahlı şəxslər “Crocus City Hall”a soxularaq atəş açıblar. Nəticədə 145 nəfər həlak olub, 500-dən çox insan yaralanıb./unikal