“”Crocus”da terror aktı törədənlər “tabut”da saxlanılacaq” – Melnikov

“Crocus Siti Hall”da terror aktı törətməkdə təqsirli bilinənləri son dərəcə çətin həbs şəraiti gözləyir.

Yenicag.az xəbər verir ki, bu barədə TASS-a Moskva İctimai Monitorinq Komitəsinin məsul katibi Aleksey Melnikov məlumat verib.

O bildirib ki, “Crocus City Hall”da terror aktı törətməkdə təqsirli bilinənlər ağır şərtlərlə üzləşəcəklər.

Moskva Komissiyasının məsul katibi terrorçuların övladlarını bir daha görməyəcəklərini deyib.

“Terror aktı törədənləri yaxşı heç nə gözləmir. Ömürlərinin sonuna kimi onlar tabut deyilən yerdə olacaqlar (bu, 4-6 kv.m-lik kameradır).

Onlar yalnız əlləri arxada əyilmiş vəziyyətdə hərəkət etməli olacaqlar, heç kimlə ünsiyyət saxlamağa icazə verilmir.

Böyük ehtimalla, ümumilikdə bir daha övladlarını görməyəcəklər.

Ömürlük həbs dəhşətdir. Ömürlük həbs cəzası alanlar görmüşəm, çoxu tez ölüm istəyir”, – hüquq müdafiəçisi bildirib.

Melnikov ölüm hökmünün əleyhinə olduğunu da vurğulayıb.

Xuraman Etibarlı

COP29