“Crocus”dakı terror aktında ölənlərdən 134 nəfərin kimliyi müəyyənləşdi

Moskva vilayətindəki “Crocus City Hall” konsert zalında baş vermiş terror aktında ölənlərdən 134 nəfərin kimliyi müəyyənləşib.

 

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi teleqramda məlumat yayıb.

Bildirilib ki, hələlik kimliyi məlum olmayan digər qurbanlar üçün genetik müayinələr aparılır.

Son məlumata görə, ölənlərin sayı azı 144 nəfərdir, 551 nəfər yaralanıb.