!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Cüdo federasiyasında kreslo davası

!Reklam – Yazi

Bildiyimiz kimi, Azərbaycanın cüdo üzrə yığmasının avstriyalı keçmiş baş məşqçisi Peter Zayzenbaxer 2 azyaşlı qıza təcavüz etməkdə ittiham olunur. Buna görə də millimiz Rio Olimpiya Oyunlarından bu günə qədər baş məşqçisiz qalıb.

Cüdo Federasiyasının rəhbərliyi millimizi hazırda iki yerli mütəxəssisə – böyük məşqçilər Mövlud Mirəliyev və Fərhad Məmmədova etibar edib.

Yeniçağ.az-ın əldə etdiyi məlumata görə, hazırda baş məşqçi postuna iki namizəd var. Onlar keçmiş baş məşqçi Ağayar Axundzadə və ilk Olimpiya çempionumuz Nazim Hüseynovdur. Hətta məsələ rəhbərlik qarşısında da qabardılıb. Belə ki, hər iki mütəxəssis özünün o posta layiq olduğunu düşünür. Rövnəq Abdullayevin rəhbərlik etdiyi qurumdan isə hələ ki. bir xəbər yoxdur.

Hazırda həm N.Hüseynov, həm də A.Axundzadə milli üçün seleksiya işləri ilə məşğuldur. Belə ki, onlar komandaya yararlı olacaq gənclərin məşqlərini, çıxışlarını izləyərək, qurum rəhbərliyinə hesabat verirlər.
Aldığımız digər məlumata görə isə, rəhbərlik baş məşqçi postuna müvəqqəti olaraq Olimpiya mükafatçısı, böyük məşqçi Mövlud Mirəliyevi də gətirə bilər.

Rəhbəliyin qərarına əsasən, yaxın bir ay ərzində bu posta yeni baş məşqçi təyin olunacaq.

Qeyd edək ki, ötən il Nazim Hüseynov baş məşqçi vəzifəsinə Peter Zeyzenbaxer ikinci dəfə gətirilməzdən əvvəl göz dikmişdi. Amma komandanın fikrində P. Zeyzenbaxer olduğuna görə N.Hüseynovun ümidləri puç olub.

Xatırladaq ki, Ağayar Axundzadənin başçılığı altında Pekin Olimpiadasında Azərbaycan cüdosunun tarixində ən yüksək nəticə qazanıb. Elə həmin Olimpiadada Elnur Məmmədli qızıl, Mövlud Mirəliyev isə bürünc medal qazanıb. Bunun da nəticəsində Ağayar Axundzadə Avropanın ən yaxşı məşqçisi adına layiq görülüb.

Aygün İlqar

Yenicag.az

www.yenicag.az

778
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv