Cüdo yarışları başlayır

1433934837Bu gün Bakı-2015 I Avropa Oyunlarında cüdo yarışlarına start veriləcək.

5 medal dəstinin müəyyənləşəcəyi gündə Azərbaycan millisinin 8 cüdoçusu tatami üzərinə çıxacaq.

Kişilər arasında 60 kq çəki dərəcəsində Azərbaycan təmsilçiləri Orxan Səfərov 1/8 finalda monteneqrolu Yan Siçardi ilə belaruslu Arif Bağırov görüşünün qalibi, İlqar Müşkiyev isə ispaniyalı Franssiko Qarriqosla israilli Alon Rəhim duelinin qalibi ilə üz-üzə gələcək.

66 kq çəki dərəcəsində də ölkəmiz 2 idmançı ilə təmsil olunur. 1/16 finalda Nicat Şıxəlizadə türkiyəli Sinan Sandalla, Tərlan Kərimov isə rusiyalı Mixail Pulyayevlə qarşılaşacaq.

Qadınlar arasında 48 kq çəki dərəcəsində ölkəmizi 2 cüdoçu təmsil edəcək. Leyla Əliyeva mübarizəyə 1/16 finaldan başlayacaq. Onun rəqibi sloveniyalı Kristina Vrsiç olacaq.
Digər idmançımız Aişə Qurbanlı isə rusiyalı Kristina Rumyantsevanı sınağa çəkəcək.

52 kq çəki dərəcəsində 1/16 final mərhələsində qüvvəsini sınayacaq Səkinə Zairova israilli Roni Şvartsla münasibətlərinə aydınlıq gətirəcək.

57 kq çəkidə isə Kifayət Qasımova da yarışa 1/16 finalda serbiyalı Yovana Roqiçlə qarşılaşacaq.