Cüdo yığmasında yeni baş məşqçi

Cüdo üzrə Azərbaycanın gənclərdən ibarət milli komandasının məşqçilər heyətində dəyişiklik edilib. Yeniçağ.az- xəbər verir ki, bu barədə Cüdo Federasiyası məlumat yayıb. Yığmanın əvvəlki baş məşqçisi Rəşad Məmmədovu Elçin İsmayılov əvəz edib.

Rəşad Həsənov, Ramil İsmayılov və İlham Məmmədov isə millidə köməkçi məşqçi vəzifəsini icra edəcək.
Məşqçilər gənclərdən ibarət milli komandamızın üzvlərinə təqdim olunub.

Yeniçağ.az