Cüdoçular Avropa Çempionatına yollanır

6c594586-c8a6-4755-9f5c-eb043650df34Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin cüdo idman növü üzrə milli komandası 24-30 noyabr 2015-ci il tarixlərində Portuqaliyanın Odivellas şəhərində keçiriləcək 2016 Rio-De-Janeyro yay paralimpiya oyunlarına son reytinq xalı qazandıran açıq Avropa çempionatına yola düşürlər.

Eyni zamanda qeyd edirik ki, bu idman növü üzrə artıq 2 çəki dərəcəsində lisenziya qazanılmışdır.

Bunlar 66 kq çəki dərəcəsində Bayram Mustafayev və 73 kq çəki dərəcəsində Ramil Qasımovdur.