Cüdoçularımız 1/8 finalda

скачанные файлы (2)Cüdoçularımız Ramin Qurbanov və Elxan Məmmədov 1/8 finala çıxıblar.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, ilk mərhələdən azad olan Ramin Qurbanov mübarizəyə 1/16 finaldan qoşulub.

R. Qurbanov (90 kq), özü kimi, bu mərhələdən yarışa qatılan portuqaliyalı Çelio Diasla qarşılaşıb. Görüş həmyerlimizin inamlı qələbəsi ilə bitib. R. Qurbanov 70-ci saniyədə ipponla mərhələ adlayıb. O, 1/8 finalda Kriştian Totla (Macarıstan) mübarizə aparacaq.

E. Məmmədov (100 kq) isə 1/16 finalda Zlatko Kumriçlə (Xorvatiya) güləşib. Görüş idmançımızın asan qələbəsi ilə yekunlaşıb. E. Məmmədov 145-ci saniyədə rəqibini ippona salıb. O, 1/8 finalda Lukas Krpaleklə münasibətinə aydınlıq gətirəcək.