Cüdoçumuz gümüş medal qazandı

Azərbaycan cüdoçusu Kənan Nəsibov Tacikistanın paytaxtı Düşənbə şəhərində gənclər arasında keçirilən dünya çempionatında final görüşünə çıxıb.

Yenicag.az xəbər verir ki, 100 kiloqramdan yuxarı çəki dərəcəsində yer alan idmançı Beynəlxalq Cüdo Federasiyasının (IJF) bayrağı altında çıxış edən Denis Batçayevlə qarşılaşıb.

Rəqibinə ipponla uduzan cüdoçumuz gümüş medalla kifayətlənib.

Bununla da Azərbaycan cüdoçuları mundialın fərdi yarışlarını 3 medalla başa vurublar. Daha əvvəl Süleyman Şükürov (81 kiloqram) və Əjdər Bağırov (100 kiloqram) dünya üçüncüsü olublar.

COP29