!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Cüdoçumuz olimpiya çempionu oldu

!Reklam – Yazi

Azərbaycan cüdoçusu Vüqar Talıbov Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının qalibi olub.

Yenicag.az xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən 15 yaşlı idmançı finalda rusiyalı Abrek Naquçevi 2 dəqiqə 3 saniyəyə ipponla məğlub edib.

Bununla da Talıbov Buenos-Ayres olimpiadasında ilk qızıl medalın sahibi olub. O həm də yeniyetmələr arasında olimpiya çempionu olan ilk cüdoçu kimi tarixə düşüb.

Daha əvvəl 2014-cü il Nankin olimpiadasında Leyla Əliyeva (44 kq) və Natiq Qurbanlı (55 kq) gümüş medal əldə etmişdilər.

www.yenicag.az

9555
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv