Azərbaycan cüdoçusu Elcan Hacıyev Portuqaliyanın Odivelaş şəhərində keçirilən Qran-pridə uğurlu çıxış edib.
Yenicag.az xəbər verir ki, 90 kq çəki dərəcəsində yer alan idmançı üçüncü yer uğrunda israilli Quy Qurevitçə qalib gələrək bürünc medal əldə edib.
Eyni çəkidəki Vüqar Talıbov və Uşangi Kokauri (+100 kq) mükafat eldə edə bilməyiblər.
Qeyd edək ki, daha əvvəl Turan Bayramov (60 kq), Kamran Süleymanov (66 kq), Səid Mollayi (81 kq) bürünc, Yaşar Nəcəfov (66 kq) gümüş medal əldə ediblər. Azərbaycan turnirdə 16 idmançı ilə təmsil olunub.