Ən ucuz və sadə tərəvəzlərdən biri olan çuğundur eyni zamanda ən faydalı tərəvəz sayıla bilər.
Yenicag.az xəbər verir ki, mütəxəssislər çuğundurun orqanizmə olan təsirini araşdırıb belə nəticəyə gəliblər ki:
– Çuğundurun tərkibində olan betanin orqanizmin hüceyrələrini iltihabdan qoruyur və bununla da bir çox xroniki xəstəliklərin və o cümlədən xərçəngin riskini xeyli azaldır.
– Həmçinin betanin qaraciyərin fəaliyyətini yaxşılaşdırır.
– Sink və selenlə zəngin olan çuğundur imun sisteminə müsbət təsir edir.
– Selen qalxanvari vəzinin (zob) normal fəaliyyəti üçün ən vacib maddələrdən biri sayılır. Bu səbəbdən qalxanvari vəzi problemləri olanlar da mütləq çuğundur yeməlidir.
– Çuğundur təzyiqi normada saxlamağa kömək edir.
– Çuğundurun tərkibində olan nitratlar beyinin fəaliyyətini yaxşılaşdırır.
– Çuğundur arıqlamağa kömək edir, orqanizmdə piylərin yandırılmasını sürətləndirir.
Diyetoloqlar hər gün 100-200 qr bişmiş çuğundur yeməyi tövsiyə edirlər./Saglamolun/