“Çukur” reytinqlərdə olduğu kimi yenə də digər rəqiblərini geridə qoyub.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Türkiyə və Azərbaycanda böyük marağa səbəb olan serial “İnternet Mediası Mükafatları” mərasimində “ən yaxşı serial” nominasiyasına layiq görülüb.
Mükafatı serialın gənc aktrisaları Ece Yaşar və İlayda Alişan, eləcə də yaraşıqlı aktyoru Kubilay Aka alıb.