Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

"Çukur"da finala yaxın gözlənilməz ayrılıq - VİDEO

Ötən gün Türkiyənin sevilən serialı “Çukur”un yeni anonsu yayımlanıb.

Yenicag.az xəbər verir ki, Show TV-də yayımlanan və sezon finalına 2 bölüm qalan, “Ay Yapım” imzalı fenomen serial “Çukur”un yeni bölüm anonsu maraqlı məqamlarla diqqət çəkib. Selim və Salihin yaralandığı, Yamaçın xəstəxanaya çatdırıldığı, Sultanın “Gerekiyorsa, hayatını ailen için feda edeceksin!” sözləriylə İdrisə meydan oxuduğu həyəcan dolu anonsda Damla və Cumalinin yaxınlaşması da gözdən yayınmayıb.

Salihin “Canın yanıyor, ama kaybettiklerinin intikamını alırken yenilerini kaybedeceğiz. Sakin ol!” deyərək Aliçonun şəklini göstərdiyi zaman “Aliço öldümü?” sualı ortaya çıxır. Buna Yamaçın necə reaksiya verəcəyi isə maraqla gözlənilir.

Son bölümdə Yücəl qaçırdığı Aliçoya silah doğrultmuşdu. Aliçonu canlandıran məşhur aktyor Rza Kocaoğlunun serialdan ayrılıb-ayrılmadığı yeni bölümdə məlum olacaq.

Qeyd edək ki, əvvəlki bölümlərdə serialdan iki aktyor ayrılıb. Koçovalıların düşməni olan Yücel Sena və Akşını öldürüb. İlk bolümdən rol alan Dilan Çiçək Dəniz və İlayda Alişan da serialla vidalaşıb.

www.yenicag.az

2141