Türkiyədə və Azərbaycanda maraqla izlənilən “Çukur” serialına yeni obraz daxil olacaq.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, daha əvvəl “Kardeş çocukları” serialında oynayan Alara Turan “Akın Koçovalı”nın keçmiş sevgilisini canlandıracaq. Onun serialda “Songül” obrazına həyat verəcəyi bildirilir.