“Çukur” serialı ilə məşhurlaşan aktyor Uğur Yıldıranın keçmişi ilə əlaqədar maraqlı detallar üzə çıxıb.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, serialda Kemal obrazını canlandıran Uğur Hadisənin rəqqası imiş. “Eurovision” mahnı müsabiqəsində Türkiyənin 4-cü olduğu il Hadisə səhnəni Uğurla bölüşüb. Profesional rəqqas olan Uğur daha sonra “İçerde” serialına çəkilib və bundan sonrakı həyatını aktyor kimi davam etdirməyə qərar verib.
Uğurun Hadisə ilə çəkilmiş şəkilləri sosial mediada böyük marağa səbəb olub.