Türkiyənin ən çox izlənən seriallarından olan “Eşkiya dünyaya hükümdar olmaz”a daha iki məşhur qatılıb.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Deniz Çakır (Məryəm Çakırbəyli) və Olgun Şimşek (Yaşar Kimsəsiz) ilə yollarını ayıran “Pana Yapı” şirkəti Mustafa Üstündağ və Hüseyn Avni Danyal ilə anlaşdı.
Ən son “Çukur” serialındakı “Kahraman” obrazı ilə yadda qalan Mustafa Üstündağ “Kurtlar Vadisi Pusu” serialında “Muro” obrazı ilə məşhurlaşmışdı.
Hüseyn Avni Danyal da “Kurtlar Vadisi Pusu”nun “Yalçın Bulut”u olaraq, məşhurlaşan aktyorlardandır. Mustafa Üstündağ ilə eyni dönəmdə “Kurtlar Vadisi Pusu”da oynayan aktyorlar yenə eyni setdə çalışacaqlar.