Türkiyənin ən çox izlənilən seriallarından olan “Çukur”da “Vartolu Saadettin” rolunu canlandıran Erkan Kolaç futbolçu olub.
Yenicag.az xəbər verir ki, o, vaxtı ilə “Bursaspor”un aşağı yaş qrupunda çıxış edib. Qapıçı mövqeyində çıxış edən Erkan Kolaç hətta “Qalatasaray”ın diqqət mərkəzində olsa da, onun transferi son anda baş tutmayıb.
“”Bursaspor”un qapıçısı idim. “Qalatasaray”la peşəkar müqavilə imzalamağa çox yaxın idim. Lakin Faruk Süren istefa verdi, klubun idarə heyəti dəyişdi. Nəticədə “Qalatasaray”la olan bağlantımı itirdim. Ona qədər aktyorluq ağlımda yox idi”, deyə Erkan Kolaç açıqlamasında bildirib.