Culian Assanj həbs olundu – Səfirlikdə

“WikiLeaks”in qurucusu Culian Assanj Britaniya polisi tərəfindən Londonda həbs olunub.

Yenicag.az xəbər verir ki, o, Londonda yerləşən Ekvador səfirliyində tutulub.

Qeyd olunur ki, hüquq-mühafizə orqanlarını diplomatik binaya səfir özü dəvət edib. Bu hadisədən əvvəl də Ekvador Assanjın sığınacaq müddətinin uzadılmayacağını bildirmişdi.