!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cümhuriyyətə qarşı biganəlik - Məmurlar ağ bayrağı kimə qaldırır?

!Reklam – Yazi

2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın, Azərbaycan Respublikasının varisinin – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur.

Cümhuriyyətin 100 illiyi ilə əlaqədar dövlət başçısı İlham Əliyev həmin tarixin dövlət səviyyəsində geniş şəkildə qeyd edilməsi barədə sərəncam imzalayıb.

Dövlət başçısının sərəncamına cavab olaraq məmurlar hansı işləri görür?

Bakı şəhərinin ikinci girişi, 20 yanvar dairəsində Azərbaycan Respubilkası Səhiyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin binasının üzərində Cümhuriyyətin qurucusu, Məhəmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” sözləri və Azərbaycan Respublikasının bayrağı əks olunub.

“Bir kərə yüksələn bayraq bir daha enməz” sözləri və Azərbaycan Respublikasının bayrağı artıq tanınmaz hala gəlib. Sözlər uzaqdan oxunmur, bayrağın mavi, qırmızı, yaşıl rəngi ağarmağa doğru gedir. Əgər bir müddət də orada yenilənmə işləri aparılmasa, Azərbaycan bayrağı ağ rəngə çevriləcək. Məmurlarımız kimə ağ bayraq qaldırır, anlamaq olmur.

Bina 1993-cü ildə tikilib istifadəyə verilib. Elə tikiləndən Səhiyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi kimi fəaliyyət göstərir. Bina tikilən zaman Məhəmməd Əmin Rəsulzadənin sözləri və Azərbaycan barağı binanın üz qabığına vurulub. Ancaq binanın üz qabığı təmirə həsrətdir. Kənardan görənlər elə bilər ki, binanın içərisi də üzü kimi nimdaşdır. Binanın içərisinə daxil olarkən isə tam əksini görürük. Binanın daxili hissəsi çox yüksək səviyyədə təmir edilib, şərait göz oxşayandır. Bəs binanın üz qabığı niyə təmir edilmir? Niyə və nədən çəkinilir? Əgər ölkə başçısı Cümhuriyyətin 100 illiyinin dövlət səviyyəsində geniş şəkildə qeyd edilməsi barədə qərar veribsə, məmurların niyə görə Cümhuriyyətin qurucusunun “Bir kərə yüksələn bayraq bir daha enməz” sözlərini və Azərbaycan bayrağını yeniləməyə əlləri gəlmir?

Yadıma gəlir, bir dəfə həmin binanın üz qabığını sosial şəbəkədə paylaşmışdılar. İnsanların ümumi rəyi o olmuşdu ki, bunu paylaşmayın, heç olmasa ölkədə bir yerdə Cümhuriyyətin qurucusunun sözləri yazılmış bir yer var, məmurlar duyuq düşsə, onu da sökəcəklər. İnsanların bunu deməyə haqqı varmı? Var! Necə ki, Bakı Dövlət Universitetindən Məhəmməd Əmin Rəsulzadənin büstünü yoxa çıxardılar, 28 may metro stansiasında Məhəmməd Əmin Rəsulzadənin barelyefini təmir adı ilə sökdülər, təmir olundu, ancaq barelyef olmadı.

İctimai Səhiyyə və İslahatlar Mərkəzində binanın üz qabığının nə zaman təmir ediləcəyi, ümumiyyətlə, təmir edilib, edilməyəcəyinə cavab axtardıq, ancaq bu suala cavab verəcək şəxslər ya yerində olmadı, ya da vaxtları olmadı.

Məsələni dəqiqləşdirmək üçün Səhiyyə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Yenicag.az-a açıqlamasında bildirdi ki, təmirə ehtiyac olan bütün binalar təmir olunur və plana salınır:

“Bu günə kimi 630-dan çox tibb müəssəsi təmir olunub, istifadəyə verilib. İctimai Səhiyyə və İslahatlar Mərkəzinə gəldikdə isə həmin binanın üz örtüyü də təmirlidir”.

“Əgər təmirlidirsə, özünüz o yazını və bayrağı görmüsünüzmü?” sualına gəldikdə isə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı qeyd etdi ki, uzun zamandır o ərazidən keçmir:

“Açıq havada olduğu, yağış, su dəydiyi üçün Məhəmməd Əmin Rəsulzadənin sözləri və Azərbaycan Respubilkasının bayrağının rəngi dəyişə bilər. Yəqin ki, həmin binanın üz qabığı təmin olunacaq”.

Səxavət Məmməd

Foto: Cəmalə

www.yenicag.az

2555
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv