!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Cümhuriyyətimizin qurulmasında o kişilərin qan payı var” – Hacıqabuldakı “Lövhə rəzaləti”nə sərt etiraz

!Reklam – Yazi

“Millətin tarixi olan bildiriş lövhəsi niyə və hansı məntiqlə yığışdırılıb?”

Bu fikirləri Yenicag.az-a açıqlamasında Hacıqabul rayonu ərazisində yerləşən Türk Şəhidliyinə istiqaməti göstərən yol lövhəsinin yığışdırılmasına münasibət bildirən tarixçi alim Kərəm Məmmədli bildirib.

Kərəm Məmmədlinin fikrincə, yol verilmiş bu səhvi tezliklə aradan qaldırmaq lazımdır: “Maraqlıdır ki, o lövhə kimi narahat edirmiş, onu niyə yığışdırıblar? Necə olur ki, kef məclisləri qurulan yerlər, restoranlar xüsusi işarə ilə göstərilir, ancaq Türk Şəhidliyini göstərən lövhə sökülür? Millətin tarixi olan bildiriş lövhəsi niyə və hansı məntiqlə yığışdırılıb? Bəlkə Türkiyədən kimlərsə oraya ata-babasının məzarını ziyarət etməyə gələcək, o zaman həmin şəxslər Şəhidliyi tapmaq üçün naviqator qoşmalıdırlar? Bu, bilmirəm kimi qıcıqlandırır, ancaq normal qıcıq deyil. Həm də bu hadisənin Cümhuriyyətin 100 illiyinin dövlət səviyyəsində qeyd olunduğu ərəfədə baş verməsi qətiyyən anlaşılmır. Bu, nə deməkdir, nə münasibətdir?

Cümhuriyyətimizin qurulmasında o Şəhidlikdə uyuyan kişilərin qan payı var, o lövhə necə götürülə bilər? Eyni zamanda, qarşıdan Bakının bolşevik-daşnak yığınından azad edilməsinin 100 illiiyi gəlir…

Təbii ki, buna münasibətim çox mənfidir. Belə hallara yol vermək olmaz, bu səhvi də düzəltmək lazımdır”.

A.Zeynalov

www.yenicag.az

3547
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv